Goranboyda yanacaqdoldurma məntəqəsi BAĞLANDI – FOTO/VİDEO  

Goranboyda yanacaqdoldurma məntəqəsi BAĞLANDI – FOTO/VİDEO  

Hazırda oxunan: Goranboyda yanacaqdoldurma məntəqəsi BAĞLANDI – FOTO/VİDEO  
166613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, Agentliyin müfəttişləri Goranboy rayonunun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Cəfərova Məmləkət Əhəd qızına məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. 

Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib. 

Qeyd olunan nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib. 
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi və əməkdaşları ilə profilaktik söhbətlər aparılıb. 
 


Goranboyda yanacaqdoldurma məntəqəsi BAĞLANDI – FOTO/VİDEO   - foto 1
Goranboyda yanacaqdoldurma məntəqəsi BAĞLANDI – FOTO/VİDEO   - foto 2

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO