Ödənişli yolda baş verən qəzada sürücü də VƏFAT ETDİ - YENİLƏNİB/FOTO

Ödənişli yolda baş verən qəzada sürücü də VƏFAT ETDİ - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Ödənişli yolda baş verən qəzada sürücü də VƏFAT ETDİ - YENİLƏNİB/FOTO

166572

Bakı-Quba-Rusiya sərhədinə gedən ödənişli yolun Xaçmazdan keçən hissəsində baş verən qəzada xəsarət alan sürücü 59 yaşlı Xalis Babayev Xaçmaz rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

*** 21:34

Yeni istifadəyə verilən Bakı-Quba-Rusiya sərhədinə gedən ödənişli yolun Xaçmazdan keçən hissəsində baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  qəza törədən "Nissan-X-Trail" markalı avtomobildə olanlar Qusar rayon sakinləridir.

MÖVZU İLƏ BAĞLI:

Ödənişli yolda QƏZA: Ölən və yaralı var - FOTO


Avtomobilin aşması nəticəsində ölən sərnişin, 58 yaşlı Təranə Babayeva sürücü 59 yaşlı Xalis Babayevin həyat yoldaşıdır.

Faktı Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsi araşdırır.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO