SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

Hazırda oxunan: SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
166411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bizim.Media xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.

Həmçinin, qeyd edilib ki, bütün sahələrdə insan sağlamlığının qorunması üçün maarifləndirmə işləri aparılıb. Mövcud vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, Dəniz və Liman Agentliyi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir ki, bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO