Vətəndaşları tur paketlər adı altında aldadan şəxs TUTULDU - FOTO

Vətəndaşları tur paketlər adı altında aldadan şəxs TUTULDU - FOTO

Hazırda oxunan: Vətəndaşları tur paketlər adı altında aldadan şəxs TUTULDU - FOTO
165721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin çoxsaylı vətəndaşları ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qanunsuz əməl 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədilib. O, saxlanılaraq istintaqa təqdim edilib.
E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdırıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müaciət edə bilərlər.

Vətəndaşları tur paketlər adı altında aldadan şəxs TUTULDU - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO