“Qanunsuz silahla bağlı DİN-ə məlumat verən şəxslər mükafatlandırılacaq” – RƏSMİ AÇIQLAMA

“Qanunsuz silahla bağlı DİN-ə məlumat verən şəxslər mükafatlandırılacaq” – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Qanunsuz silahla bağlı DİN-ə məlumat verən şəxslər mükafatlandırılacaq” – RƏSMİ AÇIQLAMA
165442
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş son 3 ildə könüllü olaraq polis orqanlarına 553 odlu silah və 80 minə yaxın döyüş sursatı təhvil verib”. 

Bu barədə Daxili İşlər Nazirliyindən Bizim.Media-ya məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Anar Eyvazov: "Azad olunmuş ərazilərdə yeni silah anbarları aşkarlanır"


Bəs maraqlıdır, odlu silahları könüllü təhvil verən vətəndaşları hansısa cəza tədbiri gözləyirmi?

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sorğumuzu belə cavablayıb: 

“Daxil olan məlumatlar göstərir ki, Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla ələ keçirdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur. 

Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir.

Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə hüquq mühafizə orqanlarını məlumatlandıran şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır”.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO