Zaqatalada dayanacaq tikinti şirkəti tərəfindən zəbt EDİLDİ – FOTO  

Zaqatalada dayanacaq tikinti şirkəti tərəfindən zəbt EDİLDİ – FOTO  

Hazırda oxunan: Zaqatalada dayanacaq tikinti şirkəti tərəfindən zəbt EDİLDİ – FOTO  

164268

Zaqatalada dayanacaq zəbt edilib. Tikinti şirkəti yaxınlıqda təmir işləri aparır. 

Bizim.Media-ya müraciət edən Zaqatala sakinləri narazılıqlarını bildirirlər. 

Şəhərin mərkəzi olan Bayraq meydanında özəl sahibkarlıq obyektlərindən birində təmir-tikinti işləri aparılır. Ərazi hasarlanarkən piyadaların mütəmadi istifadə etdiyi dayanacaq da hasara alınıb. 

Sakinlər bildiriblər ki, marşrut avtobusu, taksi gözləyən insanlar, xüsusən yaşlılar, uşaqlar üçün bu, olduqca çətindir. Bir tərəfdən yolda dayanırlar, digər tərəfdən isə ayaqüstə qalmaq olduqca çətindir. Yağışlı, küləkli havalarda isə dayanacaqsız qeyri-mümkündür. Sakinlərin haqlı narazılığını Zaqatala şəhər nümayəndəliyinin diqqətinə çatdırdıq. 
Bildirilib ki, məsələdən onlar da agahdır. Ərazidə abadlıq işləri aparıldığından bu addım atılıb. Yaxın günlərdə avtomobil dayanacağındakı hasar söküləcək və sakinlər əvvəlki kimi ondan istifadə edə biləcəklər. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO