Gizli nişanlanmaq istədilər, polis imkan vermədi

Gizli nişanlanmaq istədilər, polis imkan vermədi

Hazırda oxunan: Gizli nişanlanmaq istədilər, polis imkan vermədi
16377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub.

 

MÖVZU İLƏ BAĞLI:

“Stress və qorxu bizi öldürüncə, qoy TOY öldürsün” - İCTİMAİ RƏY

​​​​​​​
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 9 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO