Tarix yazan Şuşa Fatehi

Tarix yazan Şuşa Fatehi

Hazırda oxunan: Tarix yazan Şuşa Fatehi

162628

Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident cənab İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi.

“Biz heç vaxt müharibə istəmirik, biz sülh yolu ilə torpaqlarımızın azad edilməsinin tərəfdarıyıq. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması və torpaqlarımızın işğalda qalması ilə barışmayacağıq.

Qarşı tərəf sülh danışıqlarına məhəl qoymazsa, işğal etdiyi ərazilərimizi xoşluqla tərk etməzsə, o zaman səbri tükənmiş xalqımız və qüdrətli ordumuz torpaqlarımızı hərbi yolla azad edəcək və ərazi bütövlüyümüzü bərpa edəcək.Bu, bizim beynəlxalq qanunlara görə təmin olunmalı hüququmuz, haqqımızdır.
Bizim yolumuz haqq yoludur və biz tarixi ədaləti öz gücümüzlə bərpa etməyə qadirik. Əgər erməni əsgəri Azərbaycan torpaqlarında ölmək istəmirsə, o zaman Ermənistan silahlı birləşmələri qeyd-şərtsiz torpaqlarımızdan çıxmalıdır”.

Ölkəmizin rəhbərinin uzun illər müxtəlif beynəlxalq kürsülərdən və respublikamızda keçirilən tədbirlərdəki çıxışlarında səsləndirdiyi bu fikirlərin mayası məhz yuxarıda bəhs etdiyimiz ideyalardan yoğurulmuşdu. Dövlətimiz də, xalqımız da, Ordumuz da məhz bu ideyanı əsas tutaraq, əgər düşmən sülhə razı olmazsa “Hər şey Vətən üçün” deyərək məsələnin həllinin hərb variantına, yəni, müqəddəs vəzifənin icrası üçün döyüşə hazırlaşırdı.

Ordu quruculuğu istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar, təminat və təchizatın, yeni müasir silahların arsenalımıza daxil olması da məhz bu xüsusi tapşırığın icrasına yönəlmişdi: mümkün qədər az insan itkisinə yol verməklə torpaqlarımızı işğaldan azad etmək.

Bir ideya, bir amal ətrafında “Dəmir yumruq” kimi birləşən xalqımız, həmrəy olan bütün azərbaycanlılar müqəddəs vəzifənin öhdəsindən 44 günlük Vətən müharibəsində uğurla gəldi.Haqq-ədalət zəfər çaldı və torpaqlarımız qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edilərək əsl sahibinə - Azərbaycan xalqına qaytarıldı. “Qarabağ Azərbaycandır!” şüarı, torpaqlarımızın azad edilməsi arzusu reallaşdı, çin oldu.

Bu arzunun reallaşması, münaqişənin aradan qaldırılması, eyni zamanda, regionda insanların təhlükəsiz, sülh şəraitində, əmin-amanlıqla, rahat, firavan yaşamasını, dövlətlərin iqtisadi inkişafını təmin etməyə xidmət edəcək bir çox yeni reallıqlar yaratdı.

Fəxr edirik ki, Azərbaycanın sayəsində meydana gələn bu reallıqları artıq təkcə region ölkələri deyil, dünyanın aparıcı dövlətləri də razılıqla və müsbət qarşılayıblar. Bu reallıqların yaranması da Azərbaycan Prezidentinin bir dövlət başçısı, hərbi və diplomatiya sərkərdəsi olaraq yorulmaz fəaliyyət, gərgin əmək, güclü iradə nəticəsində nail olduğu uğurlardan biridir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev şəksiz artıq Azərbaycan tarixində adını qızıl hərflərlə yazdı. Əsrlik düşmən üzərində tarixi qələbə gerçəkdən parlaq və möhtəşəmdir.

Müzəffər Ali Baş komandan-bu onun barəsindədir, iyirmi il ərzində bir hədəf üzərində işləyən,çalışan,hazırlaşan,bəzən üzdə görünən,təbliğ olunan bəzən isə vaxtı gələnə qədər üzə çıxarılmayan işlər görən lider-və hamısı onun üçün ki,məqamı,vaxtı gələndə,onun öz sözü ildə desək –Mən bilirəm nəyi ,necə, nə vaxt etmək lazımdır”- məqamı vaxtı gələndə onillərlə bağlanmış düyünü bir zərbə ilə çözmək.Biz həmçinin əminik ki,onun adı tarixdə həm də Şuşa Fatehi kimi qalacaq!

Niyə Şuşa? Niyə Fizuli, Zəngilan, Cəbrayıl, ya ümumən Qarabağ deyil?

Əlbəttə ki, həm də Fizuli, Cəbrayıl, Xankəndi və Qarabağ! Amma məhz Şuşa-təbiətin yaratdığı Şuşa qalası! Dünya hərb tarixinə unikal əməliyyatla alınması ilə düşən, Yaşma adını xüsusi təyinatlılar arasında dünya brendinə çevirən,general Hikmət Mirzəyevi və onun döyüşçülərini canlı əfsanəyə çevirən Şuşa! Məhz Şuşanın alınması və televiziyada prezident İlham Əlievin 8 noyabrda-“Şuşa bizimdir,Qarabağ Azərbaycandır!”- deməsi düşməni sözün əsl mənasında sındırdı, sərsəm Miatsum ideyalarını, Böyük Ermənistan xülyalarını tarixin zibilliyinə atdı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev-Şuşa Fatehi bu inanılmazı etdi! Adını tarixdə həm qaliblər,həm müzəffər ali baş komandanlar həm də mofoloji qəhrəmanlar sihasına yazdı!
Homerin qəhrəmanı Tesey Minotavrı məğlub edən kimi, Dədə Qorqudun Basatı Təpəgözü öldüqdüyü kimi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də erməni mifologiyasının Minotavrını, Təpəgözünü -Böyük ermənistan xülyasını Şuşada məhv etdi! Vətən müharibəsində qələbənin əldə olunması Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və “Dağlıq Qarabağ münaqişəsi”nin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır.

Ötənillər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində baş verən müharibədə Azərbaycan Ordusu düşmənin hərbi qüvvələrini darmadağın etməklə həm də onun işğalçılıq siyasətini iflasa uğratdı.

Bu qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyev bildirib:

"Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik.

Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq.

Vətən müharibəsinin ilk günlərindən başlayaraq Ali Baş Komandan cənab İlham Əliyev əsgərlərimizin qəhrəmanlığı ilə fəxr etdiyini, qürur duyduğunu bildirib:

"Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.

Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Qeyd edək ki, Azərbaycan Ordusunun döyüşlərdə qazandığı qələbələr Prezident İlham Əliyevin xalqımızın milli maraqlarına söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq arenada yüksək nüfuzunun, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
Azərbaycan dövləti erməni işğalçılarını torpaqlarımızdan qovmaqla bölgədə yeni reallıq yaratdı və 27 il idi ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək.

Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS , Ria Novosti agentliyi üçün, “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2021-ci ilin fevralın 26-da mətbuat konfransında status məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi.

Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar:

“Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”.

44 günlük Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, üç rayonumuzun düşməndən döyüşsüz azad edilməsinə nail olmaqla minlərlə insanın həyatını xilas edən, ölkəsinin vətəndaşlarının həyatının dəyərini hər şeydən uca tutan humanist Xilaskar Sərkərdə kimi də adını tarixə qızıl hərflərlə yazdı və bir sərkərdə olaraq son 200 ilin ən möhtəşəm, ən parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı. Bu da Azərbaycan xalqının həyatında ən qürurverici və əbədiyyən unudulmayacaq tarixi hadisədir. Tarix yazan lider, müzəffər Ali Baş komandan, Şuşa Fatehi cənab İlham Əliyev!

Türkel Süleymanlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO