Laçınlıların 31 il sonra bitən HƏKƏRİ HƏSRƏTİ – Aytəkin Alxaslının VİDEOREPORTAJI 

Laçınlıların 31 il sonra bitən HƏKƏRİ HƏSRƏTİ – Aytəkin Alxaslının VİDEOREPORTAJI 

Hazırda oxunan: Laçınlıların 31 il sonra bitən HƏKƏRİ HƏSRƏTİ – Aytəkin Alxaslının VİDEOREPORTAJI 

161888

Laçın rayonuna səfərimiz zamanı Alxaslı kəndinə gedərkən maraqlı bir mənzərə ilə rastlaşdıq. Həkəri çayından balıq tutan insanların yerli sakinlər olduğunu gördük.  

Xoş bir mənzərə 

Qarabağa böyük qayıdışın canlı şahidləri neçə illərdir həsrət qaldıqları Həkəri çayından balıq tutmağın keyfini yaşayırdılar. Yaxınlaşanda öyrəndik ki, balıq tutanlar Zabux kənd sakini Ziyadxan Məmmədov və ona Bakıdan qonaq gələn yaxınlarıdır. Zabux kənd sakini Ziyadxan Məmmədov Birinci Qarabağ şəhidi Ədalət Məmmədovun övladı olduğunu bildirdi. 

Bizim.Media-ya müsahibəsində o, Laçının işğalı zamanı 3 yaşı olduğunu deyərək 28 il sonra doğma yurda dönmələrindən həvəslə danışdı. Bildirdi ki, Zabux kəndinə avqustun 26-da köçürülüblər. Prezident İlham Əliyevə bütün zabuxlular adından təşəkkür edən Ziyadxan Məmmədov doğma kəndlərinə geri dönməkdən çox sevincli olduğunu dilə gətirdi. 

Zabux kəndinə

Bakıdan qonaq gələn Elçin Mərdanovun ailəsi də Həkəriyə balıq tutmağa gəlib. Elçin Mərdanovun həyat yoldaşı Şəbnəm Mərdanova Laçın işğal olunanda ana bətnində olduğunu söylədi. O, 29 il sonra kəndlərinə gəlmək sevincini bizimlə bölüşüb. Məlumat verib ki, növbəti köçlər zamanı onlar da doğma Zabuxa qayıtmaq fikrindədirlər və o günü səbrsizliklə gözləyirlər. Zabuxlulardan ayrılarkən onlarla birgə balıq tutmağı da unutmadıq. 

Laçın rayon İcra Hakimiyyətinin başçısının Zabux İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elsevər Əliyev Laçın şəhəri günündə Zabuxa 20 ailə olmaqla 88 nəfərin köçürüldüyünü bildirdi. Həmin gün mərasimdə iştirak edən İlham Əliyevdən kəndin 90 yaşlı sakini Qəribə Həsənovanın etdiyi xahişi bir həftə sonra təmin edilib. Ağbirçəyin 6 nəfərlik ailə üzvü də Zabux kəndinə köçürüləndən sonra buradakı ailələrin sayı 21-ə, sakinlərin sayı isə 94 nəfərə çatıb. 

Zabux kənd icra nümayəndəsi hazırda kəndə köçürülən sakinlərin işlə təminatı ilə bağlı sorğumuzu da cavablandırıb. Hazırda bu istiqamətdə müəyyən işlər getdiyini deyən Elsevər Əliyev kənddə tikintisi gedən 26 avqust parkında yerli sakinlərin işə cəlb edildiyini qeyd edib. 
 


Aytəkin Alxaslı, Nicat Niftəliyev, Bizim.Media, Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO