Qubada baş verən qəzada ölənlərin sayı 3-ə çatdı - TƏFƏRRÜAT

Qubada baş verən qəzada ölənlərin sayı 3-ə çatdı - TƏFƏRRÜAT

Hazırda oxunan: Qubada baş verən qəzada ölənlərin sayı 3-ə çatdı - TƏFƏRRÜAT
161013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quba-Xınalıq yolunun 3-cü kilometrliyində, Qəçreş kəndi ərazisində baş verən qəzada sürücülərin kimliyi bəlli olub və ölü sayı 3-ə çatıb.

DİN-in Mətbuat Xidmətinin Quba bölməsindən Bizim.Media-ya verilən məlumata görə, Quba sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" markalı avtomobill Bakı sakini Nigar Məmmədovanın idarə etdiyi "İnfinity" markalı avtomobillə toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada qəza: 2 ölü, 2 yaralı var - FOTO


Nəticədə sürücü Fərhad Talıbov, sərnişinləri Sübhan Salamov və İlkin Rzayev ölüb. Digər iki nəfər isə müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Fakta görə Quba rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. Araşdırma başlanılıb.

 

Qubada baş verən qəzada ölənlərin sayı 3-ə çatdı - TƏFƏRRÜAT - foto 1


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO