Şəhidimizin doğum günüdür - FOTO

Şəhidimizin doğum günüdür - FOTO

Hazırda oxunan: Şəhidimizin doğum günüdür - FOTO
16010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvarda Vətən müharibəsi şəhidi İlkin Məmmədovun doğum günü qeyd olunub.

Bizim.Media xəbər verir ki, bu gün şəhidimizin Biləsuvar şəhərindəki ata ocağı rayon ictimaiyyəti və döyüş yoldaşları tərəfindən ziyarət olunub.

Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar rayonunda dünyaya göz açıb. Ailədə iki övlad olublar.

İlkin ailənin yeganə oğlu olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Vətən müharibəsində qəhrəmanlığı, şəxsi şücaəti ilə seçilib.

Lakin sentyabrın 29-da Xocavənd uğrunda döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları alıb. Hərbçimiz həkimlərin səylərinə baxmayaraq, ötən il noyabrın 6-da şəhid olub və Bəydili kənd qəbristanlığında dəfn edilib.

Onun qəhrəmanlığı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, şəhidimiz "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bu gün həmçinin şəhidimizin məzarı yaxınları, rayon rəsmiləri və yerli sakinlər tərəfindən ziyarət edilib. Məzarı üzərinə tər çiçəklər qoyulub, ruhuna dualar oxunub, xatirəsi anılıb.

Allah rəhmət eləsin!

Bizim.Media

Şəhidimizin doğum günüdür - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO