Siyəzən qəzasında ölən və yaralananların kimliyi açıqlandı - ÖZƏL

Siyəzən qəzasında ölən və yaralananların kimliyi açıqlandı - ÖZƏL

Hazırda oxunan: Siyəzən qəzasında ölən və yaralananların kimliyi açıqlandı - ÖZƏL

157455

Bakı-Quba yolunun Siyəzən şəhərindən keçən 105-ci km-də ölümlə nəticələnən yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, TİR-la toqquşan və hadisə yerində ölən “Ford Tranzit”in sürücüsü, 32 yaşlı, Ağsu şəhər sakini Cavid Ehtixam oğlu Əlhəsənovdur.
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə 2 avtomobil toqquşdu: 1 ölü, 3 yaralı var - ÖZƏL - FOTO


“Ford”da olan iki sərnişin, Ağsu şəhər sakinləri - sürücünün qohumu,16 yaşlı Hüseyn Nemət oğlu Əlihəsənov və 32 yaşlı Məhəbbət Xankişi oğlu Kərimov xəsarətlərlə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

TİR-ın sürücüsü, 32 yaşlı Rusiyanın Dağıstan Respublikasının vətəndaşı Murad Axmedoviç Sakitov da yüngül xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO