Bakıda qaçış marafonu keçiriləcək

Bakıda qaçış marafonu keçiriləcək

Hazırda oxunan: Bakıda qaçış marafonu keçiriləcək
155588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 1-də Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində miqrasiya orqanları işçiləri, ölkəmizdə uzun müddət yaşayan və işləyən əcnəbilər, fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, miqrasiya idarəetməsində iştirak edən vətəndaş cəmiyyətinin üzvləri və könüllülərin iştirakı ilə “Heydər Əliyev-100 il” qaçış marafonu keçiriləcək.

Dövlət Miqrasiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, saat 10:00-da başlayacaq marafon “Dəniz Mall” ticarət mərkəzinin qarşısından Bayraq meydanınadək 5 kilometr dairəvi məsafəni əhatə edəcək.

Marafonun qaliblərinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.

Marafonun son qeydiyyat tarixi sentyabrın 25-dir. Qeydiyyatdan keçən şəxslərə əlavə məlumat veriləcək.
Qeydiyyatdan keçmək üçün: //docs.google.com/forms/d/e/1FAIpQLSezyAbQJexzg-Svtm4M8A0M9sxFWlMynxVZGvEz525_Z8orSQ/viewform

Bakıda qaçış marafonu keçiriləcək - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO