Qüdrət Həsənquliyevin partiyası QEYDİYYATA ALINDI  

Qüdrət Həsənquliyevin partiyası QEYDİYYATA ALINDI  

Hazırda oxunan: Qüdrət Həsənquliyevin partiyası QEYDİYYATA ALINDI  

154604

Millət vəkili Qüdrət Həsənquliyevin sədrlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) təkrar dövlət qeydiyyatına alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə partiyanın sədr müavini Niyaməddin Orduxanlı sosial şəbəkə hesabında məlumat verib. 

Qeydiyyatı təsdiq olunan digər partiyalar isə bunlardır: 
 
Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev),  Ağ Partiya (sədr Tural Abbaslı),  Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı),  Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev), Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev),  Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı),  Haqq Ədalət Partiyası (sədr Əli İnsanov),  Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə), Ümid Partiyası (sədr İqbal Ağazadə), Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev), Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn), Vəhdət Partiyası (sədr Tahir Kərimli) və  Azad Vətən Partiyası (sədr Akif Nağı), Müsavat Partiyası (sədr Arif Hacılı), ReAL Partiyası (sədr İlqar Məmmədov), Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Əli Kərimli).  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO