Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLAYIR 

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLAYIR 

Hazırda oxunan: Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLAYIR 
149478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini 7 avqust saat 15:00-dan 17 avqust saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.

Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir. 

Qeyd edək ki, şagirdin sənədləri təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməlidir. Bu ərizə şagirdin əvvəl təhsil aldığı məktəbin modulundan da əldə edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO