Amerikalı jurnalistlər QUBADA - FOTO 

Amerikalı jurnalistlər QUBADA - FOTO 

Hazırda oxunan: Amerikalı jurnalistlər QUBADA - FOTO 

149349

Azərbaycana səfərləri çərçivəsində bir qrup amerikalı jurnalist və media eksperti Quba rayonuna da səfər edib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər zamanı əcnəbi  media nümayəndələri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər. 

Ziyarətçilərə 1918-ci ildə erməni vandallarının həyata keçirdikləri soyqırımı aktı barədə ətraflı məlumat verilib. 

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində ABŞ-nin Yel Universitetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış bloqer Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar var. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO