Şirvanda zavodda PARTLAYIŞ: Ölən və xəsarət alan var – YENİLƏNİB

Hazırda oxunan: Şirvanda zavodda PARTLAYIŞ: Ölən və xəsarət alan var – YENİLƏNİB

147701

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğludur. 

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir. 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur. 

*** 

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə saat 11.30 radələrində qeydə alınıb. 

Yığma sexində sursatın partlaması nəticəsində bir nəfər işçi ölüb. Bir işçi müxtəlif xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov bildirilib ki, bu gün saat 12 radələrində nazirliyin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb. 

Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO