Məktəbi bitirən 24 məzun qızıl və gümüş nişana layiq GÖRÜLDÜ - SİYAHI 

Hazırda oxunan: Məktəbi bitirən 24 məzun qızıl və gümüş nişana layiq GÖRÜLDÜ - SİYAHI 

147683

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb. 

Bu barədə Bizim.Media-ya idarədən məlumat verilib. 

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 85, 156, 182, 183 (2 nəfər), 229, 232, 240, 247, 272, 279, 316 nömrəli tam orta məktəblərin, 83 nömrəli məktəb-lisey, 220 nömrəli məktəb-lisey (4 nəfər), 291 nömrəli Ekologiya liseyinin şagirdləri qızıl, 17, 55, 76, 257, 275, Texniki-humanitar liseyin şagirdləri isə gümüş medalla təltif edilib. 
Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO