Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Hazırda oxunan: Sabah hava necə olacaq?

147155

İyulun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO