Bu il dövriyyədən çıxarılan narkotikin MƏBLƏĞİ

Bu il dövriyyədən çıxarılan narkotikin MƏBLƏĞİ

Hazırda oxunan: Bu il dövriyyədən çıxarılan narkotikin MƏBLƏĞİ
145808
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin 6 ayı ərzində qanunsuz dövriyyədən götürülən 4 ton 623 kq 028,027 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 430 min AZN kimi qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yayıb.

"Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 103, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 175, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt,məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 186 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 204 kq 707,107 qram artmışdır. 

O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 27, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 40, qrup halında olan cinayətlərin sayı isə 31 fakt azalıb", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO