Regionlarda kreditlər əlçatan deyil - VİDEO

Regionlarda kreditlər əlçatan deyil - VİDEO

Hazırda oxunan: Regionlarda kreditlər əlçatan deyil - VİDEO

145543

Azərbaycanda Bank Ombudsmanına müraciətlərin sayı azalıb. Buna baxmayaraq, bu il mayın 1-nə ölkədə 591, 8 milyon manat problemli kredit olub.

Bizim.Media xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda keçirilən elmi - praktik konfransda deyib.

O, qeyd edib ki, problemin aktuallığını nəzərə alıb maliyyə mübahisələrinin sivil həlli yolları tapılmalıdır.

Konfransda çıxış edən deputat Vüqar Bayramov isə bildirb  ki, regionlarda kreditlər əlçatan deyil.

Onun sözlərinə görə, kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür.

Vüqar Bayramov qeyd  edib ki, bu ilin 5 ayında ölkədə 9 milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib.

Millət vəkili Razi Nurulluyllayev isə bank faizlərinin yüksək olmasına diqqət çəkib.

Millət vəkili Mahir Abbaszadə  istehlak kreditlərinin faiz dərəcələri ilə bağlı vətəndaş müraciətlərinin say çoxluğundan danışıb.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev qeyd edib ki, ölkədə həm əhalinin, həm də biznesin kreditləşdirilməsi üzrə böyük potensial var. 

“İpoteka kreditləşməsinin bütün vətəndaşlar üçün əlçatan olduğunu demək olar”, - deyə o bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO