
- A-
- A
- A+
Mingəçevirdə kanalizasiya quyusunda MEYİT TAPILDI - YENİLƏNİB
İyunun 27-də Mingəçevir şəhər sakini 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun quyuya yıxılaraq ölməsi faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
*** 11:13
Mingəçevirdə meyit tapılıb.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun meyiti şəhər ərazisində kanalizasiya quyusunda aşkar edilib.
Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































