FHN: Gəncədə subasmaya məruz qalmış yaşayış yerlərindən su çəkilərək kənarlaşdırılıb

FHN: Gəncədə subasmaya məruz qalmış yaşayış yerlərindən su çəkilərək kənarlaşdırılıb

Hazırda oxunan: FHN: Gəncədə subasmaya məruz qalmış yaşayış yerlərindən su çəkilərək kənarlaşdırılıb
141675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə yaranan təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyin (FHN) Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal müvafiq tədbirlərin görülməsinə başlayıb.

Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib. 

Görülmüş tədbirlər nəticəsində Yeni Gəncə və Sadıllı qəsəbələrində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. 

Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO