Azərbaycanda insan alverçisi olan qadına hökm oxundu

Azərbaycanda insan alverçisi olan qadına hökm oxundu

Hazırda oxunan: Azərbaycanda insan alverçisi olan qadına hökm oxundu
130852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnsan alverində təqsirləndirilən şəxsə hökm oxunub. 

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən insan alverçisi Təhmin Zelabdinovanın qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədi ilə dövlət sərhədindən keçirməsi faktı aşkar edilib. 

Onun insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla bu cinayəti törətməsi faktı ilə bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) maddələri ilə cinayət işi başlanılıb, işin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmənin hökmü ilə T.Zelabdinovanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO