
- A-
- A
- A+
Rusiya səfirliyinin Xankəndi paylaşımı — Ermənilərin təzyiqi ilə yazı silindi
Rusiyanın Ermənistandakı səfirliyinin Feysbuk səhifəsində Xankəndiyə humanitar yardımla bağlı paylaşımı ermənilərin etirazına səbəb olub.
Bizim.Media xəbər verir ki, Rusiya səfirliyi Dağlıq Qarabağdakı sosial infrastrukturun təmiri üçün 50 ton tikinti materialları göndərildiyini yazıb.
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Moskva ilk dəfə “Xankəndi” sözünü işlətdi – VİDEO
Rusiyanın göndərdiyi materialların “Stepanakert/Xankəndi”yə çatdırıldığı xüsusi olaraq vurğulanıb.
Rusiya səfirliyinin “Stepanakert” qondarma adı ilə yanaşı, şəhərin əsl, hüquqi adını – Xankəndini yazması isə ermənilərin hiddətinə səbəb olub. Səfirlik onların etirazı və təzyiqi ilə üzləşib.
Bu təzyiqlərin nəticəsində Rusiya səfirliyi paylaşımını ümumiyyətlə silib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































