Mağazadan 436 ədəd iPhone telefonu oğurlandı

Mağazadan 436 ədəd iPhone telefonu oğurlandı

Hazırda oxunan: Mağazadan 436 ədəd iPhone telefonu oğurlandı

129242

ABŞ-da mağazadan 436 ədəd iPhone telefonu oğurlanıb.

Bizim.Media xəbər verir ki, hadisə Vaşinqton ştatının Linvud şəhərindəki Apple Store mağazasında baş verib. 

Əvvəlcə tualetin, sonra isə ona bitişik qəhvəxananın divarlarını deşən oğrular mağazaya daxil olublar. 

Oğurluq hadisəsinin axşam saat 19-20 arasında baş verdiyi bildirilir. Səhər Apple Store mağazasının işçiləri işə gələndə divarda açılan dəlikləri görərək şoka düşüblər. 

Linvud şəhər polisinin verdiyi məlumata görə, oğrular nə az, nə çox təxminən 500 min dollar dəyərində avadanlıq, o cümlədən təxminən 436 iPhone və qeyri-müəyyən miqdarda digər Apple markalı elektronika məhsullarını götürərək aradan çıxıblar. 
Bəzi şərhlərə görə cinayəti mütəşəkkil və xüsusi hazırlıqlı dəstə törədib. 

Hadisə ilə bağlı hələ ki, həbs olunan yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO