FHN “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib

FHN “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib

Hazırda oxunan: FHN “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib

128763

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. 

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Şimal-qərb Regional Mərkəzinin rəhbərliyi və kollektivinin iştirakı ilə ağacəkmə aksiyası Qəbələ rayonunun Vəndam qəsəbəsində ayrılmış ərazidə təşkil olunub. 

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman xüsusi əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. 

Aksiyada 100 ağac tingi əkilib, gübrələmə və suvarma işləri aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO