Orxan Əsgərovun ölümündən 40 gün ÖTÜR - FOTO

Orxan Əsgərovun ölümündən 40 gün ÖTÜR - FOTO

Hazırda oxunan: Orxan Əsgərovun ölümündən 40 gün ÖTÜR - FOTO

124514

Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ölümündən 40 gün ötür. 

Bizim.Media xəbər verir ki, O.Əsgərovun 40 mərasimi Gəncədə keçiriləcək. 

 


MÖVZU İLƏ BAĞLI:

Orxan Əsgərov II Şəhidlər Xiyabanında DƏFN OLUNDU - VİDEO


Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı Vasif Tağıyev və Mahir İmanov xəsarət alıb. 

O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla şəhid Orxan Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalına layiq görülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO