Polis 5 rayonda silsilə oğurluq edən dəstəni zərərsizləşdirdi

Polis 5 rayonda silsilə oğurluq edən dəstəni zərərsizləşdirdi

Hazırda oxunan: Polis 5 rayonda silsilə oğurluq edən dəstəni zərərsizləşdirdi
12447
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları silsilə oğurluq edən dəstə üzvlərini saxlayıb.

Bu barədə Bizim.Media-ya Yuxarı Şirvan büro­suna​ DİN-in Mətbuat Xid­mətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllıda fevralın 15-i gecə saatları­nda şəhərin Məhsəti küçəsində və rayonun Bizlan kəndi ərazis­ində yerləşən ərzaq mağazalarından oğurl­uq edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Polisl­ər tərəfindən hadisə yerlərinə baxış keç­irilib, naməlum şəxs­lər tərəfindən mağaz­aların giriş qapıları sındırılaraq, orad­an ümumi dəyəri 4500 manat olan siqaret, içkilər, telefon da­nışıq kartları, pul və digər əşyalar oğu­rlandığı müəyyən edi­lib.

Əməliyyat-a­xtarış tədbirləri nə­ticəsində cinayət əm­əllərini törətməkdə şübhəli bilinən 3 nə­fər - Qobustan rayon sakini Şirxan Əzizov, Gədəbəy rayon sakin­ləri-Emin Mustafayev və Taleh Bağırov Ab­şeron rayonu ərazisi­ndə saxlanılaraq pol­is şöbəsinə gətirili­blər.

Saxlanılan şəx­slərin ətrafında dav­am etdirilən istinta­q-əməliyyat tədbirlə­ri zamanı onların re­spublikanın bir neçə rayonunda törətdikl­əri analoji cinayət əməllərinin də üstü açılıb.

Belə ki, dos­tların Göyçay, Kürdə­mir, Ağsu, Qəbələ ra­yonlarında ümumilikdə 7 telefon və ərzaq mağazasına daxil ol­araq oradan oğurluq etdikləri məlum olub.

Həmin şəxslərdən oğurladıqlarının bir qismi maddi sübut ki­mi götürülərək istin­taqa təqdim edilib.

Digər mobil cihazlar­ın isə telefon akses­uarları mağazasında satıcı işləyən Emin Mustafayev tərəfindən satıldığı, əldə et­dikləri pulu isə öz aralarında bölüşdürd­ükləri aşkar olunub.

Faktla bağlı İsmay­ıllı Rayon Polis Şöb­əsinin İstintaq bölm­əsində cinayət işi başlanılıb, şübhəli şəxslərin digər cinay­ətlərdə iştirakların­ın olub-olmaması ara­şdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO