Bakıda ağaclar kəsilir: Sakinlərdən ciddi etiraz - VİDEO 

Bakıda ağaclar kəsilir: Sakinlərdən ciddi etiraz - VİDEO 

Hazırda oxunan: Bakıda ağaclar kəsilir: Sakinlərdən ciddi etiraz - VİDEO 
124097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərində sakinlər ağacları kəsən mülkiyyətçiyə görə etiraz edirlər.  

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki,  Ulduz Quliyeva adlı qadın Binəqədi rayon, 7-ci mikrorayon ərazisində torpaq alıb.  

Ərazidə yaşayan sakinlər bildiriblər ki, yaşadıqları binanın qarşısındakı ərazini Ulduz adlı qadın alıb və ağacları kəsdirib.  

Vətəndaşlar hazırda buna etiraz edirlər. Əraziyə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər. 

Eyni zamanda ictimai asayişi qorumaq üçün əraziyə çoxsaylı polis əməkdaşları toplaşıblar.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Binəqədi rayonu ərazisində yerləşən həmin torpaq sahəsi şəxsi mülkdür: 

“Ərazidə təmizləmə işləri mülkiyyətçi tərəfindən aparılıb. Ərazidə polis əməkdaşları asayişi təmin edib. Hər hansı hüquqazidd əməl müşahidə edilməyib”. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO