Əlilliyin təyinatında hansı problemlər var?

Əlilliyin təyinatında hansı problemlər var?

Hazırda oxunan: Əlilliyin təyinatında hansı problemlər var?

123615

Tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinə baxmayaraq, hələ də bu sahədə problemlər mövcuddur.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, bir sıra hallarda elektron sistemə daxil edilən göndərişlərin natamam tərtibi, şəxsin əlillik vəziyyətini müəyyən etməyə əsas yaradan zəruri qeydlərin göndərişdə olmaması şəxsə əlilliyi ilə bağlı qərar verilməsində çətinliklər yaradır. Belə ki, həkim məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş bir sıra göndərişlər müəyyən edilmiş tələblərə cavab vermədiyi üçün əlillik dərəcəsinin qiymətləndirilməsindən imtina edilir.

Digər tərəfdən, tibbi-sosial ekspert komissiyalarının əlillik dərəcəsinin qiymətləndirilməsindən imtina edilməsinə dair qərarlarında (cavablarında) imtinanın səbəbləri əksər hallarda tam dəqiqliklə deyil, ümumi qaydada göstərildiyi üçün müvafiq tibb müəssisələrinin həkim məsləhət komissiyaları tərəfindən çatışmazlıqların aradan qaldırılaraq göndərişin növbəti rəsmiləşdirilməsində ciddi çətinliklər yaranır.
Qeyd edilib ki, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisələrinin nəzdində fəaliyyət göstərən həkim məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə yerləşdirilmiş göndərişlərə dair qəbul edilmiş imtina qərarlarından narazılıqla bağlı Ombudsmana çoxsaylı müraciətlər daxil olub.

Ümumilikdə həmin müraciətlər üzrə aparılmış araşdırmaların təhlili onu göstərir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi prosesinə yanaşma dəyişdirilməli, həkim məsləhət komissiyaları ilə əlaqələndirmə işi təkmilləşdirilməli və inkişaf etdirilməli, əlçatanlıq və operativlik təmin olunmalı, bununla da mövcud süründürməçilik halları aradan qaldırılmalıdır.

Ombudsman əlillik vəziyyətinin qiymətləndirilməsi ilə mövcud süründürməçilik halları aradan qaldırılması üçün təkliflər verib. Bu təkliflər aşağıdakılardır:

- əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsi;

- əlillik vəziyyətinin müəyyən edilməsi zamanı əyani müayinəyə dəvət edilmiş şəxslərə qarşı süründürməçilik hallarının qarşısının alınması;

- əlilliyin müəyyən olunması ilə bağlı həkim məsləhət komissiyalarının göndərişləri ilə tibbi sosial ekspert komissiyalarının rəyləri arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə “Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestri”nə daxil edilməli olan məlumatlara dair tələblərin (ayrı-ayrı xəstəliklərlə bağlı tələb olunan stasionar müalicə müddəti (çarpayı günlərinin sayı), əsas xəstəliyi və onun ağırlaşmalarını təsdiq edən ixtisaslaşmış müalicə, habelə funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər, diaqnozu təsdiq edən laborator və instrumental müayinələr və s.) dəqiq müəyyən edilməsi;

- əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi sahəsində səmərəliliyin artırılması məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-1-ci maddəsi ilə əlilliyin təkrar qiymətləndirilməsi üçün nəzərdə tutulmuş 6 ay müddətin 12 ay müəyyən edilməsi;
- əlilliyin təyin olunması zamanı tələb olunan stasionar müalicənin bütün vətəndaşlar üçün əlçatanlığının (məsafə və maddi durum nəzərə alınmaqla) təmin edilməsi və ixtisaslaşmış tibb müəssisələrində yüklülüyün (çarpayı sayı nəzərə alınmaqla) azaldılması məqsədilə Bakı şəhəri ilə yanaşı, regionlarda da baza tibb müəssisələrinin (ixtisaslaşmış tibb müəssisələrinin) müəyyən edilməsi və ya təşkil olunması.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO