Müdafiə Nazirliyi həkimlərin işə qəbulunu elan etdi

Müdafiə Nazirliyi həkimlərin işə qəbulunu elan etdi

Hazırda oxunan: Müdafiə Nazirliyi həkimlərin işə qəbulunu elan etdi
12130
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələri, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrdə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müddətli həqiqi hərbi xidməti başa vurmuş, tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək kişilər və tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək qadınlar, həmçinin Azərbaycan Ordusu və ya digər Silahlı Qüvvələr tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.

 

MÖVZU İLƏ BAĞLI:

Orduda yeni tədris ili davam edir - VİDEO


Namizədlər Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və ya yaşayış yerlərinin yaxınlığında yerləşən hərbi hissələrə müraciət edə bilərlər.

Müraciət edənlərin nəzərinə çatdırırıq ki, vakant hərbi və mülki vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.

 

Qeyd: Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09.00-dan 17.00-dək müraciət edə bilərlər. Məhkumluğu olan və xidmətə uyğunsuzluqla hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməməsi xahiş olunur.


Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi 2A.

Əlaqə nömrələri: (012) 406-87-41; (051) 567-47-00.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO