Yevlaxda ƏMƏLİYYAT: Narkotacirlər saxlanıldı - FOTO 

Yevlaxda ƏMƏLİYYAT: Narkotacirlər saxlanıldı - FOTO 

Hazırda oxunan: Yevlaxda ƏMƏLİYYAT: Narkotacirlər saxlanıldı - FOTO 

120453

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyatlar zamanı külli miqdarda narkotiki qanunsuz olaraq əldə edərək saxlamaqda və satışında şübhəli bilinən 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri – Elnur Yusubov, Azər Hüseynov, Samir Xəlilov, Anar Hüseynov və Kamal Məmmədov saxlanılıblar.  

Müvafiq axtarış zamanı onlardan külli miqdarda narkotik vasitələr - 1 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın marixuana və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb. 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO