Meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkildi - FOTO 

Meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkildi - FOTO 

Hazırda oxunan: Meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkildi - FOTO 
119100
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkilib. 

Bizim.Media xəbər verir ki, növbəti meşəbərpa tədbirləri bu gün Şabran, Quba, Tovuz, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarının meşə fondu torpaqlarında aparılıb. 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə gün ərzində 18 hektar sahədə 20 min ağac tingi əkilib, bir tondan artıq toxum səpilib: 

“Eyni zamanda, bu gün Şabran rayonunun yay aylarında yanğına məruz qalmış meşə fondu ərazisində Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Şimal Regional bölməsinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri aparılıb, göyrüş tingləri əkilib, palıd toxumları səpilib”. 
V.Fərzəliyevin sözlərinə görə, bu ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 178 170 ağac tingi əkilib, 10 ton toxum səpilib. 

Meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkildi - FOTO  - foto 1
Meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkildi - FOTO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO