Küçə və prospektlərdə sıxlıq ola bilər - BNA xəbərdarlıq etdi

Küçə və prospektlərdə sıxlıq ola bilər - BNA xəbərdarlıq etdi

Hazırda oxunan: Küçə və prospektlərdə sıxlıq ola bilər - BNA xəbərdarlıq etdi
11729
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xüsusi karantin rejimi çərçivəsində fevralın 15-dən ali məktəblərdə praktik əyani orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesi başlayacağını nəzərə alaraq küçə və prospektlərdə, xüsusi ilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya verilən məlumata görə, bu səbəbdən də hərəkət iştirakçılarına anlayışlı olmaları, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmələri tövsiyə edilir:

 

MÖVZU İLƏ BAĞLI:

Avtobus xətlərində gecikmələr - BNA rəsmisi: “Təbii haldır”


"Mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir".

"Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar".

Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.

"Məlumat üçün bildiririk ki, gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO