Abşeronda iki nəfəri avtomobillə vuraraq qaçan sürücü saxlanıldı - FOTO/VİDEO

Abşeronda iki nəfəri avtomobillə vuraraq qaçan sürücü saxlanıldı - FOTO/VİDEO

Hazırda oxunan: Abşeronda iki nəfəri avtomobillə vuraraq qaçan sürücü saxlanıldı - FOTO/VİDEO
113997
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün əvvəl Abşeron rayonu Saray qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə zamanı naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə əvvəlcə kişi piyadanı, daha sonra isə yetkinlik yaşına çatmayan bir qızı vurub.

Xəsarət alan birinci piyada xəstəxayana yerləşdirilib amma yetkinlik yaşına çatmayan şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü qəzadan sonra piyadalara heç bir köməklik etmədən hadisə yerindən uzaqlaşıb.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü Qafarxan Qafarov tutularaq istintaqa təqdim edilib.  

Faktla bağlı Qafarxan Qafarov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.    

Bizim.Media
 




Abşeronda iki nəfəri avtomobillə vuraraq qaçan sürücü saxlanıldı - FOTO/VİDEO - foto 1
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO