İsmayıllıda öldürdükləri şəxsin meyitini yandıranların məhkəməsi BAŞLAYIR 

İsmayıllıda öldürdükləri şəxsin meyitini yandıranların məhkəməsi BAŞLAYIR 

Hazırda oxunan: İsmayıllıda öldürdükləri şəxsin meyitini yandıranların məhkəməsi BAŞLAYIR 
112337
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda başlanıb və icraatı dayandırılmış cinayət işi Baş Prokurorluqda öyrənilərək istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən olunub. 

İbtidai istintaq zamanı Rəşad Məmmədovun müvafiq qurumda istintaq edilən cinayət işi üzrə ifadə verməsinin qarşısını almaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs Elvin Əliyev və Ümidvar İbişov tərəfindən başqa cinayəti gizlətmək məqsədilə öldürülməsi və meyitinin yandırılmasına dair əsaslı şübhələr müəyyən edilib. 
Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ümidvar İbişova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə), 245-ci (meyit üzərində təhqiredici hərəkətlər) və digər maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO