Ombudsman şəhid ailələrini ziyarət etdi - FOTO

Ombudsman şəhid ailələrini ziyarət etdi - FOTO

Hazırda oxunan: Ombudsman şəhid ailələrini ziyarət etdi - FOTO
11221
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Vətən Müharibəsində iştirak etmiş qazilər və şəhid ailələri ilə görüşləri davam edir, müalicə olunan hərbi qulluqçularımıza mütəmadi olaraq baş çəkilir.

Bizim.Media xəbər verir ki, Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Səbinə Əliyeva və Aparatın əməkdaşları bu dəfə Vətən müharibəsində şücaət göstərərək öz canlarını qurban vermiş şəhidlər – polkovnik-leytenant Rəşad Quliyev, polkovnik-leytenant Qərib Baxşəliyev və polkovnik-leytenant Sədi Musayevin ailələrinə baş çəkiblər.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan əsirlərə işgəncə verib - Beynəlxalq təşkilatlara müraciət edildi


Görüşdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova da iştirak edib.

Ombudsman 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb, buna görə qazilərimizə və şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirib.

Səbinə Əliyeva qəhrəmanlıq salnaməsi yazaraq Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbr arzulayıb.

Ombudsman şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Sonda şəhid ailələrinə Ombudsmanın adından sovqatlar təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO