"Ərim xəsis idi şokoladı da sayıb qoyurdu, yemək olmazdı"- Mənzurə Musayeva 

Hazırda oxunan: "Ərim xəsis idi şokoladı da sayıb qoyurdu, yemək olmazdı"- Mənzurə Musayeva 
10948
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Ərim efirlərə qoymurdu, amma deyirdi get ancaq toylara pul qazan. Hacı Qara idi, pulları yığırdı başının altına. Özü də çox imkanlı ailə idilər. Yediyim şokolada görə dava edirdi. Sumqayıtda mağaza açmışdım, onu qoymuşdum işlətsin. Şokoladı sayıb qoyurdu, birini yemək olmazdı".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Birə-bir" proqramında deyib.

Sənətçi ayrıldığı həyat yoldaşının onun pullarını mənimsəməsindən danışıb:

"Ağılsız olmuşam, bir torba pul gətirirdim verirdim ona ki, saysın. O da yarısın götürüb, ortalığa az çıxarırdı. Deyirdim, bir söz deyərəm, pis olar. Utanırdım ki, yoldaşım deyər, pul qazanır başıma vurur. Qoy evin pulu kişidə olsun. Etika gözləmişəm.

İndi danışırıq onla, yalvarır barışaq. Ailə quranda düşünmürdüm belə olar. İndi deyirəm ki, nə qədər səhvlərim olub. İndi 15 mağazam olardı, nəinki bir.

O, mənə bir mağaza belə vermədi. 2000-ci ildən qazandığımdan özümə nəsə edirəm.

Mağazalar açırdım, elə bilirdim onun adınadır. Sən demə, heç nəyi öz adına etmirmiş. Məhkəmə araşdırdı ki, maşınlar, evlər, mağazalar başqa adamın adınadır.

Övladımız olmadığı üçün ondan nəşə ala da bilmədim". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO