Məscidlərdə qadın dini ayin vəzifəsini icra etmək üçün müraciət edənlərin SAYI

Məscidlərdə qadın dini ayin vəzifəsini icra etmək üçün müraciət edənlərin SAYI

Hazırda oxunan: Məscidlərdə qadın dini ayin vəzifəsini icra etmək üçün müraciət edənlərin SAYI
109301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda fəaliyyət göstərən məscidlərdə ilk dəfə olaraq qadın dini ayin icraçısı vəzifəsinə elan edilən 7 vakant yer üçün 69 namizəd müraciət edib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyib.

Şöbə müdiri qeyd edib ki, İslam dini ilə bağlı ibadət evlərində qadin dini ayin icrası vəzifəsi üzrə vakant yerlərin hamısı Bakı şəhəri üzrədir.
Onun sözlərinə görə, həmin yerlərə sənəd qəbulu artıq yekunlaşıb və yaxın zamanlarda müsahibə mərhələsi keçiriləcək:

"Müsahibədən uğurla keçən qadınlar məscidlərdə dini ayin icrasını həyata keçirə biləcəklər. Ümid edirik ki, həmin qadınlar savadlı, ali və orta ixtisaslı olaraq cəmiyyətin düzgün və sağlam maariflənməsi üçün öz töhfələrini verə biləcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO