Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO

Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO

Hazırda oxunan: Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO
107826
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki Olimpiya İdman Kompleksinin və Mingəçevirdə yerləşən “Qədiroğlu” idman klubunun bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışına cəlb edilib.

Bu barədə Bizim.Media-ya Şəki Olimpiya İdman İdman Kompleksindən məlumat verilib.

Bildirilib ki, bir həftə davam edən məşqlərdə ümumilikdə hər iki komandadan 15 idmançı iştirak edib.

Məşqlərin təşkili idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də 8-11 dekabr tarixlərində Şəki şəhərində keçiriləcək Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.

Bizim.Media-nın yerli bürosu bildirir ki, Şəki Olimpiya İdman Kompleksində 2021-ci, “Qədiroğlu” idman klubunda isə 2019-cu ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edir.

Gələcəkdə ixtisaslı mütəxəssislər bölgələrə üz tutacaq və bu idman növünün sirlərinə daha dərindən yiyələnmək şansı əldə edəcəklər. İlk belə layihələrdən birinin Şəkidə reallaşdırılması planlaşdırılır.

Yeri gəlmişkən, dekabrın 9-u saat 16:00-da Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə milli yarışların açılış mərasimi təşkil olunacaq.
Açılış mərasimində öz çıxışlarını nümayiş etdirəcək dünya gimnastika ulduzları da yer alır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO - foto 1
Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO - foto 2
Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO - foto 3
Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO - foto 4
Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO - foto 5
Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO - foto 6
Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO - foto 7

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO