Gözdən Əlillər Cəmiyyətinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib

Gözdən Əlillər Cəmiyyətinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib

Hazırda oxunan: Gözdən Əlillər Cəmiyyətinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib

105733
Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib.

Moderator.az xəbər verir ki, noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayevlə görüşüblər. Şöbənin əməkdaşları Timur Balayevə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim ediblər. Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə Qurani-Kərim çap edilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO