Şəhriyar Məmmədyarov bu turnirdə Karlsenə uduzdu

Şəhriyar Məmmədyarov bu turnirdə Karlsenə uduzdu

Hazırda oxunan: Şəhriyar Məmmədyarov bu turnirdə Karlsenə uduzdu
104809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun III turunda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Matçın ilk üç partiyası norveçli şahmatçının qələbəsi ilə başa çatdığından sonuncu – 4-cü partiyaya gərək qalmayıb.

Hazırda 3 xalı olan Məmmədyarov turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Təcrübəli şahmatçı növbəti turda hindistanlı Ergaisi Arjun ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO