Davudoğlundan ilk açıqlama  - AKP zəfərini siğortaladı+Yenilənir

Davudoğlundan ilk açıqlama - AKP zəfərini siğortaladı+Yenilənir

Hazırda oxunan: Davudoğlundan ilk açıqlama - AKP zəfərini siğortaladı+Yenilənir

103776

Moderator.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə daxilində açılan qutuların 69,20 faizi hesablanıb.

AKP 51,64 faizlə iqtidarı tək əlinə almağı bacarıb. CHP 23,03 faiz, MHP 11,55 faiz, HDP 10,46 faiz səs toplayıb.

Səslərin hesablanması davam etdirilir.

***

Türkiyədəki seçkilərdə səslərin 83, 46 faizi hesablanıb. Səslərin sayına görə, AKP liderdir. Onun tək başına hökuməti qurmaq şansı daha çoxdur. 

***

Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilərdə səslərin hesablanması başa çatmaq üzrədir. Səslərin 93,31 faizi sayıldıqdan sonra AKP 49,57 faiz səslə liderliyini davam etdirir. 

***

Türkiyədə səslərin 96 faizi hesablanır. MHP, CHP və HDP-nin faiz göstəriciləri aşağı düşüb. AKP 49, 38 faiz səslə qalib gəlir. Baş nazir Əhməd Davudoğlu eyvan çıxışına hazırlaşır. 

***

Türkiyədəki seçkilərdə APK qalibiyyətini siğortalayıb. Seçki prosesini baş nazir Əhməd Davudoğlu Konyadan izləyib. Baş nazir seçkilərdə bağlı ilk açıqlamasını sosial şəbəkədən edib. Davudoğlu "əlhəmdulillah" yazaraq qalibiyyətlərini elan edib. 

***

Baş nazir Əhməd Davudoğlu Konyada eyvan çıxışını edib:

"Sizə arxamızı heç vaxt dönmədik. Türk milləti bizə lazımdı. Bu zəfər millətimin zəfəridi, Allah sizi qorusun".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO