Region jurnalistləri nə istəyir? – Qubada MÜZAKİRƏLƏR

Region jurnalistləri nə istəyir? – Qubada MÜZAKİRƏLƏR

Hazırda oxunan: Region jurnalistləri nə istəyir? – Qubada MÜZAKİRƏLƏR

102956

Ötən gün Medianın İnkişafı Ağentliyinin Mətbuat Şurası və Audivizual Şura ilə birgə Qubada regionun mətbuat nümayəndələrilə keçirdiyi görüşdə jurnalistlər bir sıra təkliflər irəli sürüblər.

İctimai televiziyanın bölgə müxbiri Ramiz Ramazanov bölgə jurnalustləri üçün təlim və müsabiqələrin keçirilməsini təklif edib.

Qubada çıxan"Şəfəq"qəzetinin redaktoru Qəhrəman Qasımov rayon qəzetlərinin çətin maliyyə durumunda olduğunu deyib. Onun təklifi rayon qəzetinin maliyyə ilə bağlı çətinliyini aradan qaldırmaq və heç olmazsa, bölgədə regional çap mediasının yaradılması ilə bağlı olub.

Xaçmazda fəaliyyət göstərən "ARB Günəş" televiziyasının rəhbəri və eyni zamanda "Regional Medianın İnkiafına Yardım ictimai Biriyinin təsisçisi və sədri Məhsim Məhsimov  bölgədə mətbuat nümayəndələri üçün təlim və müsabiqələrin keçirilməsi fikrini dəstəklədiyini bildirib.

Məhsim Məhsimov təsisçisi olduğu 'Regional Medianın İnkişafına Yardım İctimai Birliyi"nin yarandığı 2006-cı ildən başlayaraq bir sıra layihələr həyata keçirdiyini deyib. Bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 89-vu və 90-cı ildönümü münasibətilə öz şəxsi vəsaiti ilə Xaçmazda və Gəncədə mini futbol kuboku yarışları keçirilib. Birlik sədri Heydər Əliyevin 2023-cü ildə 100 illik yubileyi ilə əlaqədar "Zəfər" futbol yarışlarının keçirilməsinin bərpa olunması təklifini irəli sürüb.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada regional medianın inkişafına dair müzakirələr aparılıb - FOTO 


Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bütün təkliflərə öz münasibətini bildirib.

Qeyd edib ki, regionda çap mediasının vəziyyəti ona da bəllidir, bu barədə məlumatlıdırlar. Əhməd İsmayılov bu problemə qismən də olsa yardım edə biləcək "Elektron köşk" adlı layihəyə start verdiklərini bildirib. Agentliyin direktoru səslənən digər təklifləri də əməkdaşlarla birgə bir daha müzakirə ediləcəklərini diqqətə çatdırıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə jurnalistlərin qaldırdığı məsələlərə həmişə açıq olduğunu deyib. O, ən əvvəl jurnalist adının şərəfini və məsuliyyətini qorumağın vacibliyini vurğulayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO