Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb

Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb

Hazırda oxunan: Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb
102762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

MTM (Media Təhlil Mərkəzi) Heydər Əliyev Mərkəzi və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb.

Bizim.Media xəbər verir ki, mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən master-klassın proqramına peşəkar mətbuat ofisinin təşkili, jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması, onların suallarına vaxtında dəqiq cavab verilməsi, Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb-saytın təşkili, inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.

1-3 noyabr tarixlərində keçirilən master-klassda iştirakçılar müzakirələrə qoşularaq press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalara qatılıblar. Master-klassın sonuncu günündə iştirakçılar sertifikatlarla təltif olunublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO