Son üç gündə 60 mindən çox ağac əkilib

Son üç gündə 60 mindən çox ağac əkilib

Hazırda oxunan: Son üç gündə 60 mindən çox ağac əkilib
102537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son üç gündə meşə fondu torpaqlarında 60 mindən çox ağac əkilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 
 
Bildirilib ki, ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştirakı ilə Ağcabədi və İmişli rayonlarında keçirilib, 5 hektar ərazidə 7000-dən artıq müxtəlif cinsli ağac əkilib, 105 kiloqram palıd toxumu səpilib. 

Məlumata görə, bu gün meşəbərpa tədbirləri payız əkin planına uyğun olaraq, eyni zamanda Şəki, Qəbələ, Şabran, Tovuz, Şəmkir, Göygöl, Sabirabad və Lənkəran rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. 
Son üç gün ərzində ölkə üzrə ümumilikdə 66 hektar meşə fondu ərazisində 60 000-dən çox müxtəlif cinsli ağac əkilib, 3000 kiloqram toxum səpilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO