15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ
Bu gün xalqımız növbəti dəfə Milli Qurtuluş Gününü bayram kimi qeyd edir. Və builki bayram əvvəlkilərdən bir qədər fərqli, bir qədər təntənəli və fəxarətlə qeyd olunur. Çünki 33 il əvvəl – 15 iyun 1993-cü ildə nələrdən qurtulduğumuzun bu gün daha çox fərqinə varırıq.
Biz nələrdən qurtulduq?
15 iyun 1993-cü ildə ilk öncə yenicə qazandığımız dövlət müstəqilliyimiz beşiyindəcə boğulmaq təhlükəsindən qurtuldu. Çünki ərazi bütövlüyünü və suveren hüquqlarını itirən Azərbaycan bir dövlət kimi tarixdən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.
1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyət böhranı dərinləşmiş, mərkəzi hakimiyyət ölkəyə nəzarəti tam itirmişdi. Gəncədə baş vermiş si...