13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

Hazırda oxunan: 13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

619300

Rusiyanın Tomsk vilayətində yeniyetmə oğlan vannada enerjidə olan telefondan istifadə edərkən az qala həyatını itirəcəkdi. 13 yaşlı məktəbli qəfildən elektrik cərəyanının vurması nəticəsində ağır xəsarət alıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yeniyetmənin evdə tək olduğu vaxt baş verib.

Klinik ölüm vəziyyətində tapıldı

Məlumata görə, məktəbli duş qəbul etmək qərarına gəlib və özü ilə bərabər şəbəkəyə (enerji doldurma qurğusuna) qoşulmuş smartfonunu da vannaya aparıb. Çimən zaman naqilə bağlı olan telefon qəfildən suya düşüb və bu zaman güclü elektrik qapanması baş verib. Nəticədə oğlanı cərəyan vurub.

Bir müddət sonra evə qayıdan valideynləri uşağı vanna otağında huşsuz vəziyyətdə tapıblar. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb.

Həkimlər onun həyatı üçün mübarizə aparır
 

Yeniyetmə xəstəxanaya klinik ölüm vəziyyətində çatdırılıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən məktəblinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir, həkimlər onun həyatını xilas etmək üçün reanimasiya tədbirlərini davam etdirirlər.


Mütəxəssislər növbəti dəfə xəbərdarlıq edərək bildirirlər ki, elektrik şəbəkəsinə qoşulmuş hər hansı bir cihazın rütubətli mühitdə və suyun yaxınlığında istifadə edilməsi həyat üçün birbaşa ölümcül təhlükə yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO