Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsini bu ölkənin Prezidenti Xose Mariya Balkasar Zeladaya təqdim edib.
Bizim.Media xəbər verir ki, qəbul zamanı səfir Seymur Fətəliyev Perunun dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.
Təşəkkürünü bildirən Peru Prezidenti öz növbəsində onun da dərin ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi, eləcə də iqtisadiyyat, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını məmnunluqla vurğulayıb.
Qəbulda Peru xarici işlər naziri Karlos Xose Parexa Rios da iştirak edib.
Xatırladırıq ki, səfir Seymur Fətəliyev iyunun 11-də etimadnaməsinin surətini Perunun Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaroya təqdim etmişdir.




Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:55 / 14.06.2026
Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO
Hazırda oxunan: Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO
Hazırda oxunan: Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO
619266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































